Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
10:34 - 6 İyul 2021
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirir. Belə tədbirlər rayonun işğaldan azad olunmuş ərazilərində də keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində baş tutan növbəti tədbir zamanı meşə zolağı və göl ətrafında narkotik tərkibli bitkilər aşkar edilib.
Polis əməkdaşları tərəfindən çəkisi 1,2 tondan artıq olan 2682 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin