Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

10:16 - 6 İyul 2021

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

“Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin