Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
14:07 - 5 İyul 2021
Sumqayıtda "Yaşıldərə" yaşayış massivinin Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçəsinin 4-cü məhəlləsinin (Xıdırlı məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir.
Manset.az-a müraciət edən sakinlər bildirir ki, qızmar yay günləri işməli su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə , qablarla əl ilə daşıyırlar.
Neçə vaxtdır su borusu çəkilən məhəllə sakinləri demək olar hər yay bu əziyyətlə qarşılaşırlar. Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə onlara su gəlmir.
Sakinlər problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə ,yerli icra orqanlarına müraciət etsələr də onların şikayəti həllini tapmır, heç bir tədbir görülmür, yalnız vədlər verilir.
Sakinlər mətbuat vasitəsilə aidiyyatı qurumlardan , məsul şəxslərsən xahiş edirlər ki, onların su probleminin həll edilməsi üşün tədbir görülsün. Çünki isti yay günlərində aylarla susuz qalmaq dəhşətdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin