Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
12:24 - 5 İyul 2021
20 il öncə Ukraynada iş adamını öldürməkdə təqsirləndirilən Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun məhkəməsinin tarixi bəlli olub.
Manset.az xəbər verir ki, R.Əkbərovun cinayət işi üzrə məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov sədrlik edəcək.
Hazırlıq iclası iyulun 16-sı saat 10:30-a təyin edilib.
Rəsmi açıqlamaya görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin