Koronavirusa yoluxan Baş nazir xəstəxanaya yerləşdirildi

23:15 - 4 İyul 2021

Koronavirusa yoluxan Baş nazir xəstəxanaya yerləşdirildi

Avropa İttifaqının 24-25 iyunda keçirilən sammitindən sonra koronavirusa yoluxan Lüksemburqun baş naziri Ksavye Bettel xəstəxanaya aparılıb.

Bu barədə Manset.az  “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, baş nazir əlavə müayinələr üçün bir günlük xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Bettel bir həftə əvvəl Aİ-nin Brüssel sammitindən iki gün sonra koronavirusla bağlı test verib və testin cavabı müsbət olub. Baş nazir sammitdə Avropanın digər 26 rəhbəri ilə görüşüb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin