Bu şəxslərə 6 326 mənzil və fərdi ev verilib
26 Noyabr 2024
18:50 - 4 İyul 2021
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.
XİN-dən Manset.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin