Xərçəngə yoluxan yaraşıqlı aktyor nələr yazdı - Açıqlama

08:35 - 4 İyul 2021

Xərçəngə yoluxan yaraşıqlı aktyor nələr yazdı - Açıqlama

"Arka sokaklar" seriyalında rol alan aktyor Boğaç Aksoy bir müddətdir limfa xərçəngi ilə mübarizə aparır.

Manset.az türk mediasına istinadən xəbər verir ki, 31 yaşlı aktyor İnstaqram hesabında səhhəti ilə bağlı açıqlama yayıb:

"Mübarizəmiz hələ bitməyib, ancaq az qaldı. Allahın izni ilə məğlub edən tərəf olacağıq. Kim olursan ol, həyatda düşə bilərsən, amma qalxıb yoluna davam etməyi bilməlisən. Bu dövr mənim üçün belə oldu. Özümdəki gücü yenidən kəşf etdim. Yeni bir səhifə açıb həyatı, işimi və sevdiklərimi qucaqlayacağam.

Sizin sayənizdə motivasiyam həmişə yüksək oldu. Şükürlər olsun ki, müalicəm də nəticə verdi. Hazırda məndən xoşbəxt insan yoxdur".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin