Salyanda körpə divandan yıxılaraq öldü

15:18 - 11 İyun 2021

Salyanda körpə divandan yıxılaraq öldü

Salyan rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə olub.

Manşet.az report-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Məmmədəmin Əhmədzadə divandan yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, M.Əhmədzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Əhmədzadənin övladıdır. S.Əhmədzadə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə saxlanılmışdı. Bu iş üzrə təqsirləndirilən cəbhəçiyə dövlət ittihamçısı bu gün keçirilən məhkəmə iclasında 3 il 6 ay müddətinə şərti cəza istəyib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin