BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
22:23 - 2 İyul 2021
1992-ci ildə Laçından məcburi köçkün düşən Əsli Baxşəliyeva erməni təcavüzünün üçqat qurbanıdır.
Manset.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları hazırda Tərtərdə məskunlaşan Əsli anaya baş çəkib, onunla söhbət edib.
Qadının 58 yaşı olmasına baxmayaraq, ötən illər ərzində çəkdiyi əziyyətlər artıq onu haldan salıb. O, ilk növbədə 28 il məcburi köçkün statusunu daşıyıb, doğma yurd-yuvasından çıxdığı üçün çətin, əzablı günlər görüb. Daha sonra o əzabı görə bilməyib, ağrını, acını hiss edərək yaşayıb. Çünki laçınlı qadının artıq 7 ildir ki, hər iki gözü görmür, birinci qrup əlildir. Bu səbəbdən heç bilmədim anaya Laçının azad olunmasına görə gözaydınlığını necə verim.
Gözaydınlığı vermək mənim üçün həm də, ona görə çətin idi ki, Əsli ananın oğlu Bəxtiyar Mahmudov bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olub. Ana oğlunu görməyən gözləri ilə ağlayıb. Bu, bir ana üçün dünyanın ən böyük dəhşətidir desəm, yəqin ki, yanılmaram.
Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan, Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın geridə iki körpəsi atasız qalıb. İndi bu iki uşaq həm Əsli anaya əmanət olmaqla yanaşı, həm də onun gözləri, əlləridir.
Əsli Baxşəliyevanın üçqat müharibə qurbanı olmasını Vətən müharibəsi zamanı düşmən tərəfindən oğlu Bəxtiyarın evinə atılan mərmi tamamlayır. Həmin mərmi Bəxtiyarın evinə ziyan vurub, tövləsini dağıtsa da, ailənin verdiyi məlumata görə, müharibənin yaratdığı fəsada görə indiyədək yerli icra qurumlarından onlarla maraqlanan olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin