Eldar Həsənov hospitala köçürüldü

21:03 - 2 İyul 2021

Eldar Həsənov hospitala köçürüldü

Hazırda həbsdə olan Azərbaycanın keçmiş baş prokuroru və sabiq səfir Eldar Həsənov hospitala köçürülüb.

Manset.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov özünün feysbuk hesabında məlumat verib.

O bildirib ki, Eldar Həsənov bu gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Qospitalına köçürülüb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin