Lukaşenko Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdı

20:53 - 2 İyul 2021

Lukaşenko Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, Lukaşenko bu tapşırığı Ukrayna ərazisindən ölkəyə xeyli sayda silah-surat keçirildiyinə görə verdiyini deyib.

“Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına tapşırdım ki, Ukrayna ilə sərhədi tamamilə bağlasınlar”, - deyə Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olan passiv terror hücrələri aşkar edilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin