Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
19:39 - 2 İyul 2021
Pandemiyanın başladığı il yarım ərzində allergiyalı pasiyentlərin koronavirus infeksiyasına daha az yoxulması faktı qeydə alınıb.
Manset.az xəbər verir ki, bunu Rusiya İmmunologiya institutunun direktoru Musa Xaitov bildirib. “Alimlərin bu haqda fikirləri müxtəlifdir”, - o deyib.
Alim onu da əlavə edib ki, xarici araşdırmaçıların gəldiyi nəticələrə görə, allergik bronxial astma xəstələri koronavirus infeksiyasını ağır keçirmirlər.
“Bunun nəylə bağlı olduğunu demək ki, hələ ki çətindir, müxtəlif fərziyyələr irəli sürülür, ancaq onları təsdiqləmək lazımdır”, - o dəqiqləşdirib.
Tədqiqatçılar qeyd edirlər ki, vaksin koronavirusdan yüz faiz qorumur, ancaq xəstəliyin ağır keçməsi riskini azaldır. Yəni peyvənd olunmuş xəstələrdə xəstəliyin “ənənəvi” əlamətlərinə – qoxubilmənin itirilməsinə, təngnəfəsliyə və qızdırmaya çox nadir hallarda rast gəlinir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin