Lalə Azərtaşdan tənqidlərə CAVAB: " Belə də qiymətləndirilməliydi" (VİDEO)

18:25 - 2 İyul 2021

Lalə Azərtaşdan tənqidlərə CAVAB:

Aparıcı Lalə Azərtaş  sosial şəbəkələrdə haqqında yazılan tənqidlərə cavab verib.

Manset.az xəbər verir ki, o, bir izləyicisinin dəstək mesajını profilində paylaşaraq bu sözləri yazıb:

"Təbii ki, diqqətlə qulaq asanlar, bu cür də qiymətləndirilməliydi. Təşəkkürlər".

Qeyd edək ki, bir neçə gündür ki aparıcı Lalə Azərtaşın qazın qiymətinin artırılması ilə bağlı dedikləri müzakirə olunur.  Xatırladaq ki, o bunları söyləyib:

"İndi soruşuram, qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin