DYP piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024
16:50 - 2 İyul 2021
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851 , ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin