Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər
26 Noyabr 2024
09:08 - 2 İyul 2021
Rusiya Federasiyasının Dağıstan Respublikasının Şimali Qafqaz Regional Balıqçılıq İdarəsinin əməkdaşları Xəzər dənizi sahillərində çoxlu sayda ölü balıq aşkarlayıblar.
Manset.az xəbər verir ki, bu barədə “İnterfaks”a Dağıstan Regional İdarəsindən bildirilib.
"Araşdırılan sahildə çoxlu sayda kiçik növ (sazan və dabahbalığı) ölü balıqlar aşkarlandı. Ərazi 100 hektardan çox olduğu üçün dəqiq hesablama mümkün deyil", - Şimali Qafqaz Regional Balıqçılıq İdarəsindən bildirilib.
Qeyd edilir ki, balıqların tələf olmasının texnogen amillərlə bağlı olması qeydə alınmayıb. Su heyvanları təbii hadisə nəticəsində ölüb.
Güman edilir ki, balıqların ölümünə səbəb güclü küləyin səbəb olduğu qabarma və çəkilmələrdir. Qabarmalar zamanı su axını balıqlarla birlikdə sahili basıb və sonra qəfil geri çəkildiyi üçün balıqlar sürətlə quruyan çökəkliklərdə qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin