Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi

10:31 - 1 İyul 2021

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon Mühafizə İdarəsinin  əməkdaşı, polis serjantı 1996-cı il təvəllüdlü Nəsirov Orxan Yaşar oğlu ona təhkim olunan silahdan ehtiyatsız davrandığına görə özünə xəsarət yetirib. Qarın boşluğundan xəsarət alan polis əməkdaşı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin