Pandemiyada zənginlərin sərvəti daha da ARTIRDI - İlk 10-luq

09:24 - 1 İyul 2021

Pandemiyada zənginlərin sərvəti daha da ARTIRDI - İlk 10-luq

Ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, sərvəti 1 milyon dollardan artıq olan şəxslərin sayı və var-dövləti daha da artıb.

Manset.az xəbər verir ki, Marja Capgemini araşdırma şirkətinin hazırladığı “Dünya Zənginlik Hesabatı 2021”-də əks olunan əsas məqamları diqqətinizə təqdim edib.

Qlobal miqyasda, sərvəti 1 milyon dollardan çox olan şəxslərin sayı 6,3%, sərvəti isə 7,6% artıb. Bu kateqoriyadan olan ən çox insan Şimali Amerikada, əsasən də ABŞ-da yaşayır (24,3%). Daha sonrakı yerləri Asiya-Sakit okean hövzəsi (24%), Avropa (17,5%), Latın Amerikası (8,8%), Orta Şərq (13,2%) və Afrika  (1,7%) tutur.

Ötən il zənginlərin var-dövlətinin həcmi ən çox Şimali Amerikada (11,9%) və Orta Şərqdə (10,7%) artıb.  Sərvətinin dəyəri 1 milyon dolları keçən insanların sayı daha 1,2 milyon nəfər artıb ki, bu rəqəmin yarısı ABŞ-ın payına düşür. Bu ölkədə milyonerlərin sayı 6,575 milyon nəfərdir.

Milyonerlərin sayına görə ilk 10-luq:

ABŞ - 6 milyon 575 min nəfər

Yaponiya - 3 milyon 537 min nəfər

Almaniya - 1 milyon 535 min nəfər

Çin - 1 milyon 466 min nəfər

Fransa - 714 min nəfər

Böyük Britaniya - 573 min nəfər

İsveçrə - 459 min nəfər

Kanada - 403 min nəfər

İtaliya - 301 min nəfər

Niderland - 299 min nəfər


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin