Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
08:00 - 24 Dekabr 2021
“Heç kim uşağını repetitor yanına ona görə göndərmir ki, onun uşağı riyaziyyatı yaxşı bilsin. Məqsəd sonra ali təhsil müəssisəsinə qəbuldur”.
Manset.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul faizi nisbətən aşağıdır:
“İqtisadi dildə desək, defisit məhsuldur. Eyni zamanda, hamı ali təhsilli ola bilmir. Ali təhsil ənənəvi qaydada hamı üçün olan təhsil deyil. Ali təhsili hamımız üçün qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul hesab edirik. Bu, cəmiyyətin gəldiyi qərardır.
Hamı ali təhsilli olmalıdırmı - bu ayrı mövzudur. Şəxsən, mən belə hesab etmirəm. Repetitorluq dünyanın bir çox ölkələrində var. Tək Azərbaycanda deyil. Amma hansı ölkələrdə daha çoxdur?
O ölkədə ki, təhsil modeli olaraq rəqabətliliyi seçib. Kim daha çox bal yığdı, kim daha irəli getdi. Dəfələrlə bu misalı vermişəm. Tutaq ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahatlar etdik və 200 bal qalxaraq 300 bal oldu. Yəni 33 faiz təhsilin keyfiyyəti yaxşılaşdı. Uşaqlar repetitor yanına getməyəcəklərmi? Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün iki nəfər mübarizə aparır.
Ona görə qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır.
Adamlar belə başa düşür ki, kənarda məşğul olsalar, digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər”.
O, “Repetitorluqla bağlı nə etmək olar?” sualını da cavablandırıb:
“Repetitorluq vacib ictimai müzakirə mövzularından biridir. Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin