AVRO-2020: 1/4 final cütləri məlum oldu

08:55 - 30 İyun 2021

AVRO-2020: 1/4 final cütləri məlum oldu

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

Manset.az-ın məlumatına görə, növbəti mərhələyə iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində start veriləcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək. Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika və İtaliya milliləri görüşəcək.

İyulun 3-də ilk oyun Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Matçın start fiti saat 20:00-da çalınacaq. Saat 23:00-da İtaliyanın paytaxtı Romadakı Olimpiko stadionu Ukrayna və İngiltərə millilərinin ixtiyarına veriləcək.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda, final matçı 11 iyunda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin