Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:49 - 29 İyun 2021
Son 10 ildə Çinin borcu kəskin şəkildə artıb və Çin hökuməti üçün ən ciddi problemlərdən birinə çevrilib.
Manset.az xəbər verir, bu barədə CNBC məlumat verib.
Pekin ölkənin artan öhdəliyini iqtisadi sabitlik üçün potensial təhlükə olaraq görür. Hökumət son illərdə onlardan asılılığı azaltmağa çalışsa da, koronavirus pandemiyası və onun yaratdığı böhran bu istiqamətdə işləri dayandırıb.
Virusun yayılması Çinin biznesinə zərbə vurub. Belə ki, hökumət şirkətlərin kredit almasını asanlaşdırmaq məcburiyyətində qalıb.
Nəticədə 2020-ci ilin üçüncü rübündə dövlət borcunun səviyyəsi rekord qırıb: Çinin ÜDM-nin təxminən 290%-ni təşkil edib. Bunu Beynəlxalq Hesablaşmalar Bankının məlumatları göstərir.
Digər böyük iqtisadiyyatlar – ABŞ, Yaponiya, Avropa ölkələri də oxşar vəziyyətə düşüblər.
Burada səlahiyyətlilər müəssisələrə və vətəndaşlara çətinliklərin öhdəsindən gəlməyə kömək etmək məcburiyyətində qalıblar.
Ancaq CNBC yazır ki, Çinin borcunun strukturu fərqlidir: ölkə ÜDM-in 160%-dən çoxu ABŞ və Yaponiyada olduğu kimi, hökumət sektorunun yox, korporativ sektorun payına düşür.
COVID-19-dan sonra iqtisadiyyatın yaxşılaşması fonunda Çin borclarını məhdudlaşdırmaq səylərinə qayıdıb. Böyük Britaniyanın “Barclays” bankının mütəxəssislərinin fikrincə, Çində kreditləşmə səviyyəsinin artması 2021-ci ilin sonunadək 10-10,5%-ə qədər yavaşlayacaq. 2020-ci ilin sonunda bu göstərici 13,3%-ə bərabər idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin