Koronavirusun "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir - İnfeksionist

10:13 - 29 İyun 2021

Koronavirusun

Uşaqlar arasında koronavirusun "Delta" ştammına yoluxma halı yüksəkdir.

Manset.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, Hindistan növündən mutasiya olunaraq əmələ gələn "Delta" ştammı özü də mutasiyaya məruz qaldığı üçün geniş yayılma qabiliyyətinə malikdir:

"Yayılma yüksək olduğundan, bu ştammın qeydə alındığı ölkələrdə ölüm halları da artır. Avropa ölkələrində, Rusiyada və Türkiyədə də bu ştamma rast gəlinib. Təbii ki, bizim ölkəmizə gəlib çıxma riski də var. Çünki biz bu ölkələrlə qonşuyuq, hazırda Rusiya və Türkiyə ilə hava nəqliyyatımız açıqdır. Yay mövsümü olduğunu nəzərə alsaq, turist səfərlərinin artması, orada yaşayan azərbaycanlıların vətənə gəlib-getməsi bu ştammın ölkəmizə gəlmə ehtimalını artırır".

Ekspert ştamma qarşı alınmalı olan tədbirlərdən də danışıb:

""Delta" COVID-19-un törəməsi olduğundan, ona qarşı hansı tədbirlər həyata keçirilirsə, eynilə bu ştamma qarşı da həmin tədbirlər görülməlidir. Yəni, sosial məsafə saxlamaq, qapalı yerlərdə maskadan istifadə etmək, əllərin gigiyenasına fikir vermək, insanların çox toplaşdığı yerlərə getməmək və imkan daxilində vaksinasiya prosesini sürətləndirmək lazımdır".


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin