Qubada bağlanan yol açıldı - YENİLƏNİB

13:14 - 19 Aprel 2025

Qubada bağlanan yol açıldı - YENİLƏNİB

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub. 

***

10:14

Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.

Manset.az Azərtac-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.


Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.

Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv