İtaliyanın şimal bölgələrində leysan yağışlarının törətdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində 3 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Bir çox qəsəbə və yol su altında qalıb. Bəzi ərazilərdə nəqliyyat dayandırılıb, infrastruktura isə böyük ziyan dəyib.
Ən çox ziyan çəkən bölgələr arasında Pyemont, Lombardiya və Veneto yer alır. Aosta vadisində isə 6400-ə yaxın insan işıqsız qalıb. Veneto bölgəsinin Viçenza şəhərində, sel sularından xilas olmaq istəyərkən 65 yaşlı ata və 34 yaşlı oğlu, yolda baş verən çökmə nəticəsində yaranan çuxura düşərək həyatını itiriblər.
Hazırda fövqəladə hallar üzrə işlər davam edir, zərərçəkənlərə yardım göstərilir.