"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda Prezidenti İlham Əliyevin dediyi sözlər hər iki ölkədə yaşayan soydaşlarımız, tələbələr və akademik peşə sahibləri tərəfindən qürurla qarşılandı".
Bu sözləri Manset.az-a Beynəlxalq Təhsil Eksperti və Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının (ASAC) Baş Katibi Fərid Həsənzadə son Azərbaycanla ŞKTR arasında olan yüksək əlaqələri və qardaş dövlətdə təhsil imkanlarını şərh edərkən biıdirib.
Ekspert bildirib ki, bu addım yalnız siyasi deyil, eyni zamanda, təhsil və sosial sahədə ciddi irəliləyişlərə yol açacaq. “15 ildən artıq beynəlxalq təhsil sahəsində fəaliyyətim dövründə minlərlə azərbaycanlı tələbənin Şimali Kiprdə ali təhsil almasına dəstək göstərmişəm. Bu gün həmin məzunlar beynəlxalq arenanın müxtəlif
sahələrində uğurla fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər. Onların uğurları göstərir ki, Şimali Kipr təhsil üçün keyfiyyətli, təhlükəsiz və perspektivli bir məkandır”– deyə Fərid Həsənzadə bildirib. Təhsil Eksperti Fərid Həsənzadə, önəmli bir statistikanı da paylaşaraq qeyd edib ki, hazırda Şimali Kiprdə 23 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Onların arasında Türkiyə Respublikasının nüfuzlu universitetlərinin beynəlxalq kampusları da mövcuddur.
-Bahçeşehir Universiteti – Kuzey Kıbrıs Kampüsü -İstanbul Teknik Universiteti – Kuzey Kıbrıs Türk RespublikasıKampusu, Orta Doğu Teknik Universiteti – Kuzey Kıbrıs Kampüsü və Ankara Sosial Bilimlər Universiteti - Kuzey Kıbrıs Kampüsü dünya reytinqlərindəki mövqeləri və akademik göstəriciləri ilə seçilir. Şimali Kiprin aparıcı ali məktəblərindən biri olan Doğu AkdenizUniversiteti QS dünya reytinqində 1401–1500-cü yerlər arasında qərarlaşıb ki, bu da bölgədə təhsilin səviyyəsini nümayiş etdirir.
Fərid Həsənzadə gələcəkdə Azərbaycanla ŞKTR arasında diplomatik əlaqələrin olması ölkəmizin turizm və iqtisadi əlaqələrinə müsbət təsir edəcək.
Ekspert ölkələrarası dostluğun və mədəni bağların inkişafını da xüsusi vurğulayıb. O qeyd edib ki, İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycana ən çox dəstək göstərən ölkələrdən biri məhz Şimali Kipr olub. Müharibə zamanı təşkil olunan dəstək mitinqləri və həmrəylik nümayişləri bu münasibətlərin aydın göstəricisidir. 2021-ci ildə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Girnə şəhərində keçirilmiş tədbir bu dostluğun canlı nümunəsidir. Konsulluğun yaradılması bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
“Şimali Kipr yalnız iqlimi və mədəni zənginliyi ilə deyil, eyni zamanda, təhlükəsiz, əlverişli və müasir təhsil infrastrukturu ilə də seçilir. Burada
təhsil alan gənclər təkcə akademik biliklərə deyil, həm də qlobal düşüncə və rəqabətədavamlı bacarıqlara yiyələnirlər”, – deyə Fərid Həsənzadə
əlavə edib.
Baş Katib sonda vurğulayıb ki, diplomatik nümayəndəliklərin açılması təhsildə əlaqələrin daha da dərinləşməsinə, tələbələrin hüquqlarının
qorunmasına, ailələrin səfər imkanlarının asanlaşmasına və ümumilikdə Azərbaycan ilə Şimali Kipr arasında həm təhsil, həm də turizm sahəsində
strateji əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcək.