ABŞ Yəmənin ən böyük bankına sanksiya tətbiq etdi

21:32 - 17 Aprel 2025

ABŞ Yəmənin ən böyük bankına sanksiya tətbiq etdi

ABŞ hökuməti Yəmən üsyançılarına-husilərə maliyyə xidmətləri göstərdiyinə görə Yəmən Beynəlxalq Bankına (International Bank of Yemen Y. S. C.) qarşı sanksiyalar tətbiq edib.


Manset.az xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən açıqlanıb.

ABŞ maliyyə nazirinin müavini Maykl Folkender bildirib ki, Bankın üç yüksək vəzifəli rəhbəri də sanksiyalara məruz qalıb: "Bu cür maliyyə institutları husilər üçün beynəlxalq maliyyə sisteminə daxil olmaq və regional və beynəlxalq ticarəti təhdid etmək cəhdlərində son dərəcə vacibdir”.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv