Karamanın Taşkale kəndində yerləşən İncesu mağarası, Taşkaleyə 9 kilometr cənubda, İncesu dərəsinin şərq yamaclarında yerləşir. Hələ də formalaşmaqda olan stalaktit, stalaqmit və travertin hovuzları ilə hər il çox sayda təbiətsevəri cəlb edir.
Manset.az xəbər verir ki, Miosen dövrünə aid əhəngdaşı təbəqələrində yaranmış bu mağara sistemi bir-birinin davamı olan iki mağaradan ibarətdir. Tamamilə üfüqi quruluşa malik olan mağaralar, damcıdaş toplanmaları baxımından olduqca zəngindir və bu da ziyarətçiləri heyran edir.
İncesu mağarası astma, bronxit və ürək xəstəliklərindən əziyyət çəkənlər tərəfindən tez-tez ziyarət olunur.
Bəzi mağaralarda dar keçidlər və ziyarətçiləri çətinliyə sala biləcək əngəllər olsa da, İncesu mağarasının daxili gəzmək üçün olduqca əlverişlidir. Mağaranın hündürlüyü 2-6 metr, eni isə 10 metrə qədər çatır. Buraya gələnlər mağaranın astma və tənəffüs çatışmazlığı olanlara müsbət təsir etdiyini bildirirlər.