Məşhur aktrisanın ölüm səbəbi məlum oldu

17:23 - 17 Aprel 2025

Məşhur aktrisanın ölüm səbəbi məlum oldu

"Vampir Qatili Baffi" və "Qeybətçi Qız" serialları ilə tanınan məşhur aktrisa Mişel Traxtenberqin ölüm səbəbi rəsmi şəkildə məlum olub.


Manset.az xəbər verir ki, Nyu-York rəsmilərinin verdiyi məlumata əsasən, 39 yaşlı ulduz şəkərli diabetin ağır fəsadları nəticəsində dünyasını dəyişib.

Rəsmilər bildiriblər ki, ölüm “təbii” səbəblərlə baş verib və bununla bağlı istintaq prosesi yekunlaşdırılıb.

Nyu-York məhkəmə-tibb ekspertizasının hesabatına əsasən, Traxtenberq fevral ayında yaşadığı mənzildə ölü vəziyyətdə tapılıb. Aktrisanın anası onu evdə huşsuz vəziyyətdə görərək təcili tibbi yardıma müraciət edib. Hadisə yerinə gələn tibbi yardım əməkdaşları məşhur simanın artıq dünyasını dəyişdiyini təsdiqləyiblər.

Həkimlər, hansı növ şəkər xəstəliyindən əziyyət çəkdiyini dəqiq açıqlamayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv