Tarkana VƏFASIZLIQ! - Yalnız çələng göndərdi

16:55 - 17 Aprel 2025

Tarkana VƏFASIZLIQ! - Yalnız çələng göndərdi

Tarkanın anası Neşe Tevetoğlu ürək tutması nəticəsində 68 yaşında vəfat edib.



Manset.az xəbər verir ki, İstanbulda keçirilən dəfn mərasimində sənət dünyasından ən yaxın dostlarının yalnız çələng göndərməsi diqqət çəkib. 

N.Tevetoğlu Antalyada uzun müddət müalicə aldığı xəstəxanada ürək tutması səbəbilə həyatını itirib. Avropa turnesi üçün Almaniyada olan Tarkan acı xəbəri alar-almaz İstanbula gəlib. Dəfn mərasimi Maltepedəki Cumhuriyyət Məscidində keçirilib.

Mərasimə yalnız Zerrin Özer və Behzat Gerçeker qatılıb. Gülşen və Ozan Çolakoğlu isə iştirak etməyib, yalnız çələng göndəriblər. Başqa maraqlı detal isə onun bir dövr gərginlik yaşadığı Davut Güloğlunun cənazə mərasiminə qatılmasıdır. Tarkanın bu çətin günündə sənət dünyasından çox sayda dostunun onu yalnız buraxması sosial medyada müzakirələrə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv