İtkin düşən 2 yaşlı uşaq itin köməyi ilə tapıldı

13:53 - 17 Aprel 2025

 İtkin düşən 2 yaşlı uşaq itin köməyi ilə tapıldı
  • Arizonada itkin düşən 2 yaşlı uşaq “Buford” adlı itin köməyi ilə tapılıb


Manset.az xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, azyaşlı uşaq çərşənbə axşamı səhər saatlarında Seliqman şəhərində evindən təxminən 11 kilometr məsafədə tapılıb. Onunla birlikdə isə ailəsinə məxsus “Buford” adlı it də olub.

Uşağın tapılmasında rol oynayan yerli sakin Scotty Dunton bildirib ki, səhər saatlarında evinin yaxınlığında pijama geyinmiş, sarışın bir oğlan uşağını itlə birlikdə görüb. O, dərhal uşağı evinə apararaq ona su və yemək verib. Dunton uşağın səhhətinin yaxşı olduğunu da qeyd edib.

Hadisədən sonra 6 yaşlı “Buford” qəhrəman elan olunub. Qoruyucu instinktləri sayəsində uşağın sağ qalmasında mühüm rol oynadığı deyilən itin mükafatı isə 2 kiloqram qabırğa olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv