Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə
ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Kapital
Bank 6 nominasiyada mükafat qazanıb.
Kapital Bank 2024-cü il üzrə “Korporativ
sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının
artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal
ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər
sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr
(ESG)” nominasiyaları üzrə mükafata layiq
görülüb.
Qeyd edək ki, bank ötən il ərzində sözügedən istiqamətlər
üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət, təhsilə dəstək,
rəqəmsallaşdırma, rəqmsal ödənişlərin təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi
və dayanıqlı inkişaf layihələri Kapital Bank-ın çoxillik strategiyasının tərkib
hissəsidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA
Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54
şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.