Hindistanın Kerala ştatında fillərin hücumu nəticəsində iki nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə yerli "Hindustan Times" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə səhər saatlarında bir qrupun bal toplamaq məqsədilə meşəlik əraziyə daxil olması zamanı baş verib.
Yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir ki, qrup fillərin hücumuna məruz qalıb və iki nəfər heyvanların ayaqları altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.
Statistik göstəricilərə əsasən, 2020-2024-cü illər ərzində Hindistanda fillərin hücumu nəticəsində 1701 nəfər ölüb.
Hər il təxminən 500 min ailə fillərin əkin sahələrinə hücumlarından zərər görür.