Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?

12:02 - 16 Aprel 2025

Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Mirzəyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.


Manset.az xəbər verir ki, 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək Fond sədrinin müavini vəzifəsini tutub.

BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.

2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ildən DSMF-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.

Qeyd edək ki, Himalay Məmişov dünən Prezidentin Sərəncamı ilə DSMF sədri vəzifəsindən azad edilərək maliyyə nazirinin müavini təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv