"Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, elektrik enerjisinin kəsintisi qeydə alındığı üçün Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə olunur".
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
"ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - deyə məlumatda bildirilib.