Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu  - Sürücülərin DİQQƏTİNƏ

09:25 - 16 Aprel 2025

Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu  - Sürücülərin DİQQƏTİNƏ

Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Qeyd olunub ki,  Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib.

Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi  və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv