G7 ölkələri Rusiya ordusunun Ukraynanın Sumı bölgəsinə hücumunu tənqid edən edən birgə bəyannamənin imzalanması barədə razılığa gələ bilməyib.
Manset.az xəbər verir ki, Ağ ev G7 tərəfdaşlarına rus ordusunun Sumı bölgəsinə hücumunu qınayan bəyannamə imzalamayacağı barədə məlumat verib. “Bloomberg” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Sumi bölgəsinin bombalaması ilə bağlı G7 tərəfdaşları ilə eyni mövqeni tutmayacaq. Xəbərdə, “ABŞ müttəfiqlərinə bəyan edib ki, bəyannaməni dəstəkləməyəcək, çünki o, Moskva ilə danışıqları davam etdirmək istəyir”, - deyə bildirib. Məlumatda deyilir ki, G7-yə sədrlik edən Kanada ABŞ-nin dəstəyi olmadan bəyannamənin qəbul edilməsinin mümkün olmayacağını irəli sürüb.