"Fənərbağça" çempionatın nəticəsindən asılı olmayaraq növbəti il üçün heyətini gücləndirməkdə qərarlıdır.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi yeni mövsüm üçün məşhur baş məşqçi Joze Mourinhonun transfer istəklərini həyata keçirməkdə israrlıdır. Klub, Mourinhonun siyahısında olan oyunçuları heyətə qatmaq üçün bütün imkanlarını səfərbər edib.
Afrika mediasında yer alan xəbərə görə, "Fenerbahçe" İngiltərənin "Brentford" klubunda çıxış edən hücumçu Yoane Wissa ilə yaxından maraqlanır.
"Africa Foot United" portalının yazdığına görə, klub hücum xəttini gücləndirmək üçün 28 yaşlı Konqo əsilli futbolçunu ideal namizəd hesab edir.
Mənbənin məlumatına əsasən, "Brentford" Wissa üçün təxminən 30 milyon avro tələb edir. İstanbul təmsilçisi isə bu transferi reallaşdırmaq üçün tarixinin ən böyük maliyyə yatırımlarından birini etməyə hazırdır.
Cari mövsümdə Premyer Liqada 29 oyuna çıxan Yoane Wissa, 15 qol və 3 assistlə komandasına mühüm töhfə verib. Onun sürəti, texnikası və atletik bacarığı ilə Premyer Liqada fərqləndiyi vurğulanır.