“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid barəsindəki həbs qərarının müddəti uzadılıb.
Manset.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid barəsindəki həbs qərarının müddəti daha 3 ay artırılıb.
Bundan başqa, “TikTok” əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti 3 aylıq uzadılıb.
Qeyd edək ki, Azər Zahid, həm də qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunur.