Pakistanda silahlı hücüm - Ölən və yaralananlar var

13:47 - 15 Aprel 2025

Pakistanda silahlı hücüm - Ölən və yaralananlar var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş verən bombalı hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 19 nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, insident əyalətin Məstuk rayonunda qeydə alınıb.

Regional hökumət rəsmisi Şahid Rindin verdiyi açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə pusqu qurularaq hücum edilib.

Nəticədə 3 polis əməkdaşı hadisə yerində ölüb, daha 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəyə münasibət bildirən Pakistanın Baş naziri Şahbaz Şərif terror aktını qəti şəkildə pisləyib və hökumətin terrora qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv