Şərur rayonunda elmi-tədqiqat məqsədli üzüm bağı salındı - FOTOLAR

13:40 - 15 Aprel 2025

Şərur rayonunda elmi-tədqiqat məqsədli üzüm bağı salındı - FOTOLAR

 “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda elmi-tədqiqat müəssisəsinə məxsus 3 ha ərazidə yeni meyvə sortlarının və üzüm bağının nümayişi məqsədilə nümunəvi intensiv bağların salınması yer alıb.


Manset.az xəbər verir ki, Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq addımlar atılıb, ötən dövrdə ilkin olaraq Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Şərur dayaq məntəqəsində 2 hektar ərazidə “Ağ”, “Şalaq” və Türkiyə ərik sortları, “Düşes”, “Abasbəyi” və “Meşəgözəli” armud sortları olmaqla, ümumilikdə, 1300-dən artıq ting əkini aparılıb.

Bu istiqamətdə görülən işlərin davamı olaraq isə salınan yeni üzüm bağında quraqlığa və zərərvericilərə davamlı üzüm sortlarının sınaq məqsədli əkini həyata keçirilib. 1 hektar ərazidə “Bayanşirə”, “Mələyi”, “Mədrəsə”, “Şirvanşahı”  “Gəncəvi”, “Red globe”, “Qaraşanı”, “Qırmızı kişmişi” və digər bir sıra sortlar olmaqla, ümumilikdə, 29 sortdan ibarət olan 1600-dən artıq üzüm tingi əkilib.

Sınaqməqsədli əkilən yeni üzüm tingləri muxtar respublikanın torpaq iqlim şəraitinə uyğunluğu müəyyən edildiyi təqdirdə fermerlərə paylanılacaq və əkini genişləndiriləcək.

Qeyd edək ki, muxtar respublikada meyvəçiliyin inkişafı məqsədilə Aqrar Subsidiya Şurası tərəfindən ölkəmizin digər bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasına fərqli yanaşma tətbiq olunaraq meyvə bağlarına verilən subsidiyalar da artırılıb. Belə ki, muxtar respublikada əkini həyata keçirilən bir hektar üzüm bağları üçün 8000 manatdan 14700 manata, armud bağları üçün 8000 manatdan 25200 manata, bir hektar ərik bağı üçün isə 4000 manatdan 24500 manata məbləğində subsidiya müəyyənləşdirilib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv