Tatlısəsin qardaşı həbs edildi

12:00 - 15 Aprel 2025

Tatlısəsin qardaşı həbs edildi

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin qardaşı, müğənni Hüseyn Tatlı həbs olunub.

Manset.az Haber Global-a istinadən  xəbər verir ki, buna səbəb onun taksi sürücüsü ilə arasında baş verən dava olub.

Belə ki, ötən həftə sonu Antalyada bir məkanda səhnəyə çıxaraq konsert verən Hüseyn Tatlı daha sonra onun üçün çağırılan taksiyə minib. Qaldığı hotelə çatanda sürücü ondan gedişhaqqını tələb edib ki, bu da məkan tərəfindən qarşılanmalı olub.

Bundan sonra tərəflər arasında münaqişə baş verib.

İddiaya görə, H. Tatlı onu döymək istəyən taksi sürücüsünü vurub. Həmin şəxs zərbənin təsirindən yerə yıxılıb. Tatlı isə hotelə doğru hərəkət edərkən sürücünün dostları ona təpik və yumruq zərbələri endiriblər. Tanımadığı üç nəfər tərəfindən döyülən müğənni yerə yıxılaraq ayağını sındırıb.

Xəstəxanaya aparılan müğənniyə dərhal müdaxilə olunub. Müalicəsi tamamlanan Hüseyn Tatlı taksi sürücüsünün şikayəti əsasında polis tərəfindən nəzarətə götürülüb.

Taksi sürücüsü başından aldığı zərbədən sonra gecə ərzində reanimasiyada müşahidə altında qalıb.

Hüseyn Tatlı sürücünün həyatının təhlükədə olması səbəbilə saxlanılaraq həbsxanaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv