“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü

Mehriban Əliyeva qızı ilə körpələr evində - FOTOLAR

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Azad olunmuş ərazilərə 16 milyard manat xərclənəcək

Prezident Anar Kərimova yeni vəzifə verdi

Gürcüstan Prezidenti Azərbaycanda - FOTO

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Prezident bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi

Zəngəzur dəhlizinin tikintisi TAMAMLANIR - VİDEO

"Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur"- Paşinyan

Bu vəzifə Fərid Hüseynova həvalə olundu

Ceyhun Bayramov Şeybani ilə DANIŞDI
Xəbər xətti
- 16 Aprel 2025
- 08:00 "WhatsApp"da mesajlarla bağlı yenilik - Sayğac əlavə edildi
- 01:00 Rus qoşunları Ukrayna ordusunu mühasirəyə aldı
- 00:30 Kanadalı alimlər uşaq çarpayılarında zəhər yayan maddələr aşkarladılar
- 15 Aprel 2025
- 23:55 ABŞ Rusiyanı qınayan sənədi imzalamağı rədd etdi
- 23:31 Azərbaycanda təhsil xərcləri ARTIRILIR
- 23:12 Rusiyalı diplomat İrana səfəri öncəsi MAQATE rəhbəri ilə görüşdü
- 22:47 Millimiz məğlub oldu
- 22:33 ABŞ iki aya qoşunlarını Suriyadan çıxaracaq
- 22:11 İstanbul klubu İngiltərədən 30 milyonluq ulduzla maraqlanır
- 21:42 Şahdağa qar yağır - Faktiki hava
- 21:31 Rusiya səfiri İsveç XİN-ə çağırıldı
- 21:04 Mirzoyan fransalı həmkarı ilə regionu müzakirə etdi
- 20:49 Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşdü
- 20:32 Rutte Odessaya getdi
- 20:00 Mehriban Əliyeva qızı ilə körpələr evində - FOTOLAR
- 19:55 Bu tarixdə geomaqnit qasırğası olacaq
- 19:28 Məşhur aktrisanın həyatı haqqında film çəkilir
- 19:17 Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
- 18:56 Vardanyana ən ağır cəzanın verilməsini istədilər
- 18:50 Azad olunmuş ərazilərə 16 milyard manat xərclənəcək
- 18:23 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 18:00 Himalay Məmişov nazir müavini təyin edildi - SƏRƏNCAM
- 17:59 Prezident Anar Kərimova yeni vəzifə verdi
- 17:59 Xətai rayonunda yaşayış binasında yanğın söndürüldü
- 17:55 36 məktəb direktoru işdən azad edildi
- 17:36 Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul etdi
- 17:33 Yanğına görə bu yolda hərəkət məhdudlaşdırıldı - FOTO
- 17:20 Özəl klinikaya getmək istədi - Xəstəxanadan buraxıldı
- 17:11 Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
- 17:04 Bu ərazilərə yağış yağır
- 16:42 Bakıda yaşayış binası yanır - VİDEO
- 16:34 Gürcüstan Prezidenti Azərbaycanda - FOTO
- 16:13 Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
- 16:10 Övladını özəl bağçaya qoymaq istəyənlərin NƏZƏRİNƏ
- 16:00 Paşinyan sülh istəyir yoxsa müharibə? - AÇIQLAMA
- 15:57 Bu halda Mourinyo gedəcək - Yeni iddia
- 15:49 Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi
- 15:47 Prezident bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi
- 15:19 Zəngəzur dəhlizinin tikintisi TAMAMLANIR - VİDEO
- 15:16 Qəzzada ölənlərin sayı 51 minə çatdı
- 14:51 Azərbaycanda istilik mövsümü uzadıldı
- 14:43 "Qalatasaray" hərəkətə keçir - İlin transferi reallaşa bilər
- 14:39 Təyyarə qəzaya uğradı - Pilot həlak oldu
- 14:32 “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı
- 14:30 Bu ölkədə leysan yağışları nəticəsində 72 nəfər öldü
- 14:15 Yeniyetmələr evdən niyə qaçır? - Valideynlərə XƏBƏRDARLIQ
- 14:10 Məmməd Musayev vəzifəsindən UZAQLAŞDIRILDI
- 13:59 Azər Zahidin həbs müddəti uzadıldı
- 13:47 Pakistanda silahlı hücüm - Ölən və yaralananlar var
- 13:40 Şərur rayonunda elmi-tədqiqat məqsədli üzüm bağı salındı - FOTOLAR
- 13:25 Akademik Zərifə Əliyeva – Azərbaycan tibb elminin parlaq siması

