Qazaxıstan baş prokurorunun müavini Qalimjan Koigeldiev Senatın iclasında nadir lalələrin toplanmasına görə 12 milyon tenge cəriməyə münasibət bildirib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, o, qadınların bu cəriməni ödəyib-ödəmədiklərini bilmədiyini deyib. Onun sözlərinə görə, bütün hallar dəqiqləşdikdən sonra qərar veriləcək.
"Bir şeyi deyə bilərəm: qanun qanundur. Əgər insan onu pozursa, cərimə tətbiq olunur. Əgər pozmursa, cərimə də tətbiq edilmir. Bu, artıq dəfələrlə deyilib", - Qalimjan Koigeldiev əlavə edib.