ABŞ indiyədək digər ölkələrdən ticarət və gömrük rüsumları ilə bağlı məsələlərin tənzimlənməsi üçün 10-dan çox konkret təklif alıb.
Manset.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “Fox Business” telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bizdə ABŞ üçün çox yaxşı təklifləri əhatə edən 10-dan çox sövdələşmə var. ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir, ticarət naziri Hovard Latnik və ticarət komandamızın digər üzvləri Prezident Donald Trampla birlikdə bu sövdələşmələrin kifayət qədər yaxşı olub-olmadığını araşdırırlar", - K.Hasset qeyd edib.