Bakıda gimnastlar öz hünərlərini göstərdilər - "Spring Miracle" yarışının qalibləri mükafatlandırıldı

20:09 - 14 Aprel 2025

Bakıda gimnastlar öz hünərlərini göstərdilər - \"Spring Miracle\" yarışının qalibləri mükafatlandırıldı

“ProSport”  idman klubu növbəti yarışını keçirib.
"Spring Miracle" adlı yarışa ölkənin müxtəlif klublarından gimnastlar qatılaraq öz hünərlərini sərgiləyiblər.

Ümumilikdə 150-dən çox idmançının qatıldığı yarış klubun təsisçiləri, beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadə təşkilatçılığı ilə baş tutub.

Manset.az  xəbər verir ki, L.Hüseynli keçirilən yarışla bağlı bu fikirləri səsləndirib:

"Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də inkişaf açıq-aşkar hiss olunur. Bu uğurlar içində gimnastikanın xüsusi yeri var.

Gimnastikanın bu səviyyəyə gəlib çatmasında, şübhəsiz ki, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun dəstəyi sayəsində bu idman növü ölkəmizdə əsl inkişaf dövrünü yaşayır.

Biz də öz tərəfimizdən gimnastikanın kütləviləşməsi, daha çox gəncin və yeniyetmənin bu sahəyə maraq göstərməsi üçün var gücümüzlə çalışırıq. Düşünürəm ki, belə yarışlar gənc idmançılar üçün böyük arenalara hazırlıq baxımından vacibdir və onlara həm təcrübə, həm də motivasiya verir.

Amma burada dayanmaq fikrimiz yoxdur. Qarşıda bizi yeni planlar gözləyir – iyul ayında İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Ondan əvvəl isə klubumuzun təşkilatçılığı ilə növbəti – artıq ikinci beynəlxalq turnir baş tutacaq.

Bir daha qalib olan idmançılarımızı təbrik edir, gələcək yarışlarda hər birinə uğurlar arzulayıram!"

Xatırladaq ki,  bir müddət öncə  Azərbaycanda keçirilən,  müxtəlif ölkələrin qatıldığı  "Gymstar Cup"  Beynəlxalq yarışında "ProSport" idman klubunun gimnastları 6 qızıl, 2 gümüş, 3 bürünc olmaqla 11 medal qazanmışdılar.


Digər xəbərlər

Раскрыта причина смерти папы Римского: читать
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
В Красноярске дети на перемене смотрели как умирает одноклассник
Певица Алёна Апина шокировала публику своим нарядом: фото
Соседи о напряженной атмосфере в семье Михаила Ефремова
Врачам стал известен ранний маркер рака: как найти его у себя?
Барановская о том, почему ее пугают ее дети
Заморозки и ливни настигнут Россию с мая
В России ввели 10 новых штрафов для владельцев дач: срочно
Важная информация: теперь данные по ЖКХ передаем по-другому

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Раскрыта причина смерти папы Римского: читать
xidmet.tv
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?