Kubalı aktyor, "Miami Vice" və "Only Fools and Horses" kimi məşhur layihələrdəki rolları ilə tanınan Mario Ernesto Sançes vəfat edib.
Manset.az xəbər verir ki, 78 yaşlı aktyorun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, köməkçisi onun son günlər səhhətində ciddi pisləşmənin müşahidə olunduğunu bildirib.
Teatra olan böyük sevgisi ilə seçilən Sançes 1978-ci ildə “Teatro Avante” teatr təşkilatını qurmuşdu. Sənətçi sonuncu dəfə 2022-ci ildə “Jammerz” serialında tamaşaçı qarşısına çıxıb.
O, 2014-cü ildə "Legacy Award" mükafatına layiq görülmüşdü.