Sabah Bakının bu əraziləri işıqsız qalacaq

17:30 - 14 Aprel 2025

Sabah Bakının bu əraziləri işıqsız qalacaq

Sabah Bakının Binəqədi rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Manset.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv