"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!
10 aprel tarixində həyata
keçirilən ikinci "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti
Zirvəsi) tədbirində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri
Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim
olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və
iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına
ciddi şəkildə əməl olunmasının sübutudur.
GPM360 layihələrin idarə
olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul,
Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə
uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə
layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan
haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha
töhfəsini əhatə edir.
"City Garden Narimanov" layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.
Bu uğur Kristal Abşeronun
yalnız tikinti sektorunda deyil, dayanıqlı inkişaf sahəsində də strateji
yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirir. "City Garden
Narimanov" layihəsinin GPM360 mükafatı ilə təltif olunması, onun
beynəlxalq standartlara uyğunluğunu və Azərbaycanda dayanıqlı tikinti sahəsində
aparıcı mövqelərdən birini tutduğunu göstərir.
"City Garden Narimanov" layihəsi daha öncə də nüfuzlu beynəlxalq daşınmaz əmlak mükafatı olan "International Property Awards"a layiq görülüb.
Qeyd edək ki, "City Garden Narimanov" layihəsinin "GPM360" sertifikatına müraciəti, hazırlığı və sertifikatın alınması PMO.az şirkətinin dəstəyi ilə həyata keçirilib.
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi
kristalabsheron.az