Qəzzada ölənlərin sayı bu qədər oldu

15:33 - 14 Aprel 2025

Qəzzada ölənlərin sayı bu qədər oldu

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 50 min 983, yaralıların sayı isə 116 min 274-ə yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyi məlumat yayıb.

İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 39 nəfər ölüb, 118 nəfər yaralanıb.

Açıqlamada son hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir nəfərin cansız bədəninin dağıntılar altından çıxarıldığı bildirilib.

Nazirliyin açıqlamasında, İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 1613 nəfərə, yaralıların sayının isə 4233 nəfərə yüksəldiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv