"İtirilmiş əraziləri geri qaytara bilmərik" - Zelenski etiraf etdi

15:18 - 14 Aprel 2025

\"İtirilmiş əraziləri geri qaytara bilmərik\" - Zelenski etiraf etdi

Vladimir Zelenski Ukrayna silahlı qüvvələrinin itirilmiş əraziləri geri qaytara bilmədiyini etiraf edib. Kiyev rejiminin Vaşinqtonun dəstəyini itirəcəyi təqdirdə yeni itkilər verəcəyini istisna etməyib.


Manset.az xəbər verir ki, Ukrayna prezidenti bunu "CBS" telekanalınamüsahibəsində deyib. 

"Bütün torpaqları qaytarmağa gücümüz çatmır. Bu gün vəziyyət belədir. Buna görə də, müharibə diplomatik yolla başa çatacaq".

Bununla belə, Zelenski Ukraynanın itirilmiş əraziləri Rusiya kimi tanımayacağını bir daha təsdiqləyib.

"Şübhəsiz ki, danışıqlar olacaq. Şübhəsiz ki, onlar fərqli olacaq - həm üçtərəfli, həm ikitərəfli, müxtəlif formatlar. Biz bu müharibənin diplomatik həllinə nail olacağıq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv