Amerikanın texnoloji şirkəti Meta "Instagram" platformasında "Teen Accounts" ilə bağlı yenilikləri açıqlayıb.
Manset.az xəbər verir ki, açıqlamada 16 yaşından kiçik istifadəçilərin valideyn icazəsi olmadan “canlı yayım” funksiyasından istifadə edə bilməyəcəyi və şəxsi mesajlarda “avtomatik bulanıqlaşdırma” funksiyasını söndürə bilməyəcəyi qeyd edilib.
Həmçinin qeyd olunub ki, “Yeniyetmə hesabları” funksiyası “Facebook” və “Messenger”də də genişləndiriləcək.
Yeniliklərin bir neçə ay ərzində ilk olaraq ABŞ, İngiltərə, Kanada və Avstraliyada sınaqdan keçiriləcəyi də paylaşılıb.